5 Oktyabr 2017 01:23
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisi sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisini qəbul edəcək. Sabah millidə vida oyununu keçirəcək Rəşad Sadıqov da mətbuat konfransında iştirak edib.

Publika.az xəbər verir ki, mətbuat konfransında millimizin kapitanı üçün sürpriz hazırlanmışdı. Belə ki, mətbuat konfransında iştirak edən jurnalistlərə Sadıqovun maskası paylanmışdı. Ancaq UEFA nümayəndələri mətbuat konfransında maskaların taxılmasına icazə vermədiyindən, sürpriz baş tutmayıb.

Sabah Rəşad Sadıqov milli forma ilə son oyununa çıxır.


Müəllif: Teleqraf.com