6 Oktyabr 2017 01:45
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyda bəyi təbrik etmək üçün üzünə şillə vurur, daha sonra isə pulu yerə atır və ya cibinə qoyurlar.

Teleqraf.com “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, qəribə toy adəti sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Bəzi məqamlarda vurulan şillə o qədər güclü olur ki, bəy zərbənin təsirindən özünə gəlmək üçün bir müddət kənara çəkilməli olur.

Milli Elmlər Akademiyasının Folklor İnstitutunun folklorşünası Elçin Qaliboğlu bildirib ki, bu adətin hansısa keçmiş ənənələrlə bağlılığı yoxdur. Bu, sadəcə, gənclərin şıltaqlığını əks etdirən bir görüntüdür.

Elçin Qaliboğlu bildirir ki, toyda əylənmək, rəqs etmək də lazımdır. Ancaq belə heç bir məntiqi və əsası olmayan hərəkətlər toy kimi müqəddəs bir el adətini insanların gözündən sala bilər. Onun firkincə, toyların məzmunun zənginləşməsinə böyük ehtiyac var.

Onu da qeyd edək ki, videoda əks olunan hərəkətlərə daha çox Azərbaycanın şimal-qərb regionundakı toylarda rast gəlinir.


Müəllif: Teleqraf.com