ABŞ-da 2048-ci ildən gəldiyini iddia edən şəxs polis tərəfindən saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Brayant Conson adlı gənc tez bir zamanda yadplanetlilərin yerə hücum edəcəyini bildirib.
Onun sözlərinə görə, hücumlar 2025-ci ildən etibarən intensivləşəcək.
Polisdən verilən məlumatda gəncin sərxoş olduğu qeyd edilib.
Gənc isə bu məlumatı Vaşinqton merinə bildirmək üçün 2017-ci ilə göndərildiyini deyib. Mer isə öz növbəsində məlumatı ABŞ prezidentinə çatdırmalı imiş.