11 Oktyabr 00:49

Tailandın məşhur Andaman dənizi və Siam körfəzi sahillərindəki çimərliklərdə siqaret çəkilməsi qadağan edilib.

Teleqraf.com xəbər verir ki, qadağa noyabr ayından etibarən qüvvəyə minəcək.

Qərarın verilməsinə səbəb olaraq, siqaret kötüklərinin ətraf mühitə ziyan vurması göstərilib.

Çimərliklərdə siqaret çəkənlər üçün xüsusi zonalar yaradılacaq.


Müəllif: Teleqraf.com