11 Oktyabr 2017 22:55
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Panama - Kosta Rika qarşılaşmasında skandal yaşanıb.

Teleqraf.com xəbər verir ki, Dünya Çempionatı Şimali və Mərkəzi Amerika seçimlərində Panama millisi Kosta Rika komandası ilə qarşılaşıb.

Oyunda 2:1 hesabla qalib gələn Panama Rusiyaya səfərini rəsmiləşdirib.

Kosta Rikanın 1:0 üstünlüyü ilə keçən qarşılaşmada Panama küncdən zərbə ilə qapının qarşısında təhlükəli vəziyyət yaradıb. Hakim qapıdan kənarda qaytarılan topu qol sayaraq Kosta Rika millisini mərkəzə dəvət edib.

Növbəti dəqiqələrdə Panama daha bir qola imza ataraq hesabı 2:1 edib. Bununla da Panama ilk dəfə olaraq Dünya Çempionatına vəsiqə qazanıb.

Əgər hakim qapının xəttinə belə dəyməyən topu qol saymasaydı və oyun 1:1 hesabla başa çatsaydı Kosta-Rika Dünya Çemponatına qatılacaqdı.


Müəllif: Ruslan