14 Oktyabr 2017 01:22
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əpl” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “ayfon” smartfonlarının hazırlanması üzrə işə başlayıblar.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, “LG” şirkətində gələcək “ayfon” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb.

Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Bu, “Əpl” şirkətinin bükülən telefon çıxarmaq planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında “LG” şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdilər, həm də “Əpl” şirkətin tərəfdaşlarından biridir. Anonim mənbə bildirib ki, 2020-ci ildə “ayfon” üçün bükülən ekranların istehsalına başlanıla bilər.


Müəllif: Teleqraf.com