2 Noyabr 2017 00:38
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstedadlı türk aktrisası Nurgül Yeşilçay iranlı rejissor Bayram Fəzlinin “Gözəl cin” filmində rol alıb.

Teleqraf.com xəbər verir ki, hazırda İranın İsfahan şəhərində çəkilişlər gedir.

Filmdə zədə alması səbəbindən nitqi tutulmuş bir qadını oynayan Nurgül Yeşilçay fərqli bir obrazla pərəstişkarlarının qarşısına çıxacaq.

İki həftədir İranda yaşayan Yeşilçay filmdə canlandırdığı Dilaram obrazı üçün çarşab bağlayıb: “Bu obraz mənim üçün fərqli bir təcrübədir. Çarşaba alışmaq çətin olsa da ilk günlərdən rahat istifadə etdim. Hamı çarşabın mənə yaraşdığını deyir”.


Müəllif: Aytən Yaşar