2 Noyabr 2017 01:33
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində sevgilisinə qeyri-adi evlilik təklifi etmək üçün kriminal xarakterli ssenari hazırlayan aşiq gözlənilməz olayla üzləşib.

Teleqraf.com xəbər verir ki, ssenariyə əsasən oğlan küçədə dava etməli və güllələnməli idi. Qadın yerdə "yaralı" halda uzanan sevgilisinə ağlayan zaman oğlan cibindən üzüyü çıxarıb evlilik təklifini edəcəkdi. Hər şey plan üzrə gedib, amma güllə səslərini eşidən qız sevgilisini yerdə uzanmış vəziyyətdə qoyaraq qaçıb.

Sonradan qıza zəng edən oğlan ona sürpriz hazırladığını və baş verənlərin öncədən hazırlanmış səhnə olduğunu deyib. Bundan sonra qız geri qayıdaraq evlilik təklifini qəbul edib.


Müəllif: Teleqraf.com