6 Noyabr 2017 13:44
1 995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın 4-cü prezidenti olmuş Viktor Yanukoviçin Kiyev vilayətinin Vışqorod rayonundakı Novı Petrovtsı ərazisində yerləşən “Mejiqore” iqamətgahı hazırda milli park kimi fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, Milli Parkın ərazisi iki hektara yaxındır. Burada turistlər üçün müxtəlif istirahət-əyləncə yerləri mövcuddur. Parkda müxtəlif növ heyvanların saxlanıldığı bağça, qolf oyunu üçün ərazi, at klubu, tennis kortu, köhnə avtomobillərin, qədim sənət əsərlərinin kolleksiyası var.

Teleqraf.com Azərtac-a istinadən parkdan görüntüləri təqdim edir.


Müəllif: Teleqraf.com