11 Noyabr 18:14
160

Nərgiz çiçəyindən hazırlanan xüsusi çay soyuqdəymə və yaraların müalicəsinə müsbət təsir edir.

Teleqraf.com xəbər verir ki, bu çay ağız və boğaz şikayətlərində - soyuqdəymə, boğaz ağrısı və öskürək problemlərində yüngülləşdirici içki kimi istifadə oluna bilər.

Nərgiz çayının yanıq və yaralar üzərində eyni şəkildə tətbiq olunması da ağrının azaldılmasını və yaxşılaşmasını sürətləndirə bilər.

Çayın hazırlanması üçün 1 çay qaşığı quru bitki üzərinə 1 stəkan təzə qaynadılmış su əlavə edin. 10 dəqiqədən sonra hazırlanmış məhlulu içə bilərsiniz.

Çay damağınızda sərtlik və acılığa səbəb olursa, deməli, dəmdə quru çayın miqdarı çoxdur. Çayın rəngi bulanıq görünürsə, onun orijinal olduğuna diqqət edin. Çay köpüklənirsə, bu, keyfiyyətdən xəbər verir.
Ancaq çox bulanıq və tünd rəngdədirsə, deməli, su və çayınız keyfiyyətsizdir.

Çay çöküntülü görünürsə, bu, suyun yaxşı olmamasından xəbər verir. Filtrdən kecirilmiş, ya da şüşə qablardakı sudan istifadə edin.
Çöküntülü olmasının digər səbəbi çay yarpağının keyfiyyətsiz olmasıdır.


Müəllif: Sara