15 Noyabr 2017 23:50
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa krallarının tacını bəzəyən “La Grand Mazarin” adlı 19 karatlıq çəhrayı almaz İngiltərənin paytaxtı Londonda hərracda 14 milyon 500 min dollara satılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, almazı alanın şəxsiyyəti barədə heç bir məlumat yoxdur.

Cənubi Hindistanda tarixi mədənlərdən çıxarılmış almaz 1661-ci ildə Fransa kralı 14-cü Luisə hədiyyə edilib, o vaxtdan Fransa monarxiyasında bir çox kralın tacını bəzəyib.

Londandakı hərracda 2016-cı ildə Anqolada çıxarılan və Amerikada işlənən 163 karatlıq, dünyanın satış üçün təqdim edilən ən böyük ağ rəngli almazı isə 33 milyon 700 min dollara satılıb.


Müəllif: Sara