27 Noyabr 2017 09:09
6 487

Tayvandan olan tanınmış ufoloq Skott Uorinq sensasiyalı bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, Beynəlxalq Kosmik Stansiyanın (BKS) Yerin orbitində fırlanmadığını bildirib. Onun sözlərinə görə, kosmosda olduqlarının, orada işlədiklərinin görüntüsünü yaradan astronavtlar isə sadəcə artist olublar.

Tayvanlı araşdırmaçı BKS-dən əldə edilmiş çoxsaylı videoların təhlili nəticəsində bu qənaətə gəlib.

Ufoloq aşağıdakı videoya diqqətlə baxmağı məsləhət görərərk qeyd edir ki, onun bir sıra elementləri kosmik elm nöqteyi-nəzərindən sadəcə absurddur:

“Məsələn, BKS-in lükü tamamilə hermetik deyil. Bu, hətta adi gözlə baxanda belə aydın görünür. NASA tərəfindən bu cür aldadılmalar kifayət qədərdir”.

Qeyd edək ki, S.Uorinq bütün kosmik missiyaların, hətta Yuri Qaqarinin kosmosa uçuşunun da yerdəkilərin yalanı olduğunu iddia edən nə ilk, nə də son konspiroloqdur.

“Məsələ ondadır ki, xalqa dövlət büdcəsinin talan olunmasını nə iləsə izah etmək (ABŞ), vətəndaşların ümumi yoxsulluğuna (SSRİ) haqq qazandırmaq lazımdır. Bu iki dövlət arasında başladılmış kosmik yarışın hazırda çoxsaylı kosmik agentliklər və xüsusi kompaniyalar kimi iştirakçıları var”. Bu fikirlər isə Rusiyanın “Prezident“ qəzetindəki yazıda yer alıb.


Müəllif: Səxavət