29 Noyabr 2017 14:59
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident Donald Trampın baş müşaviri və Prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki (GES) nümayəndəsi İvanka Trampla Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın fotolarını yayıb.

Teleqraf.com-a daxil olan fotolarda İ.Trampla R.Camalova səmimi görüntülənib.

Qeyd edək ki, İ.Tramp sammitdəki çıxışında deyib:

“Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx”.

ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb.

Fotoları təqdim edirik.


Müəllif: Səxavət