1 Dekabr 2017 01:58
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lemi Orxan Ergin (Lemi Orhan Ergin‏) adlı proqramçı “macOS High Sierra” əməliyyat sistemində boşluq aşkar edib.

Teleqraf.com "İctnyus"a istinadla xəbər verir ki, bu boşluq vasitəsilə parol daxil etmədən super istifadəçi hüquqlarına yiyələnmək mümkündür.

"Biz “macOS High Sierra” sistemində böyük təhlükəsizlik problemi aşkar etmişik. İstənilən insan parol daxil etmədən, sadəcə, bir neçə dəfə giriş düyməsinə sıxmaqla super istifadəçi hüquqlarına yiyələnə bilər. Əpl, siz bu haqda xəbərdarsınız?" – Ergin yazıb.

Boşluqdan istifadə etmək üçün xüsusi proqram təminatı tələb olunmur, sadəcə, kompüterdə istifadəçini dəyişmək və yeni avtorizasiya pəncərəsində loqin sətrinə root daxil etmək lazımdır.

Parol sətri boş qalmalıdır. Nəticədə super istifadəçi hüquqlarına yiyələnmək olar ki, bu da bütün inzibatçılıq funksiyalarını idarə etməyə, kompüterdəki fayllara baxmağa və onları redaktə etməyə, həmçinin qurğunun parollarını dəyişdirməyə imkan verəcək.

“Əpl” şirkəti bu problemin mövcudluğunu etiraf edib və artıq onu aradan qaldıran yenilənmə çıxarıb.


Müəllif: Teleqraf.com