13 Dekabr 2017 22:22
3 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər bir çox təxmini doğru çıxan türkiyəli astroloq Aslı Güder 2018-ci il üçün də proqnozlar verib.

Teleqraf.com xəbər verir ki, Aslı Güder 2017-ci il üçün bir çox təxminlər irəli sürmüş və bu proqnozlar düz çıxmışdı.

Aslı Güderin 2017-ci il proqnozları:

– Türkiyədə 3 böyük şəhərin bələdiyyə sədri dəyişəcək
– Londonda yanğın və terror hadisələrini böyük ekranlardan izləyəcəyik
– İŞİD Yaxın Şərqdən Afrikaya istiqamət götürəcək
– Türkiyə hökümətində 4 nazir vəzifədən gedəcək, gözlənilməyən təyinatlar olacaq
– 2017-ci ildə İstanbulda proqnozlaşdırılan zəlzələlər baş verməyəcək
– Sənət və siyasət aləmində jurnalistlərin belə yaza bilməyəcəyi qalmaqallar olacaq
– Tramp İslam düşməni və özündən razı addımları ilə ABŞ və özü üçün problemlər yaradacaq
– Sevgi üzərində qurulmayan münasibət və nikahlar sonlanacaq

Aslı Güderin 2018-ci il üçün proqnozlarını təqdim edirik:

– 2018-ci ildə 3-cü dünya müharibəsi başlamayacaq, lakin daha pis terror hadisələri baş verəcək
– İŞİD Avropada nəqliyyat vasitələri ilə dəhşətli qətliamlar törədəcək
– Dünya iqtisadiyyatında ciddi hadisələr baş verəcək. Nəhəng şirkətlərdən biri batacaq
– Qlobal istiləşmə terror qədər çox insanın ölümünə səbəb olacaq. Şimal yarımkürəsində sahil şəhər və qəsəbələri su basacaq
– Heyvan və qadın hüquqları üçün yeni qanunlar qəbul olunacaq
– 2018-ci ildə ölümü elan olunmuş bir çox məşhurun sağ olduğu məlum olacaq
– Bir çox məşhur intihar edəcək
– Fərqli narkotik növləri istifadəyə veriləcək
– Terror qrupları kimyəvi və bioloji silahlarla alış-veriş mərkəzi və ictimai nəqliyyatda insanlara hücum edəcək
– Şərqdə yerləşən finans şirkətinə 11 sentyabr hadisələri qədər dəhşətli terror hücumu ediləcək
– Yeni din və dil meydana çıxacaq
– Kiber hücumlar artacaq: bəzi paytaxt şəhərləri işıqsız qalacaq
– Qidalardan gələn viruslar səbəbilə ciddi sağlıq problemi yaşanacaq
– 2018-ci il tarixin ən böyük xaosunun başladığı il kimi yadda qalacaq. (qaynarinfo)


Müəllif: Teleqraf.com