23 Dekabr 2017 08:42
3 046

ABŞ Müdafiə Nazirliyinin sabiq nümayəndəsi Luis Elizond CNN telekanalına müsahibə verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, müsahibəsində yadplanetlilərin mövcudluğunu etiraf edib.

Elizand bildirib ki, ABŞ-ın əlində bununla bağlı kifayət qədər sübutlar var:

"Ötən ilin payızına qədər mən yadplanetlilərin ABŞ-a real təhlükəsi ilə bağlı gizli proqramın rəhbəri olmuşam. Bu proqramda məqsəd uçan naməlum obyektlərlə bağlı lazımi informasiyaları toplamaq idi. Faktlardan birində göstərilir ki, 1947-ci ildə Rozuell şəhəri yaxınlığındakı səhrada UNO vurulub. Onu yaxından görmüşəm, çox nəhəng və qorxulu idi".

Pentaqonun nümayəndəsi müsahibəsi zamanı həmin UNO-nun görüntülərini təqdim edib.


Müəllif: Samir