4 Yanvar 2018 21:36
1 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada bələdiyyə başçısı Aude Pikard Volf fransız öpüşündən bezdiyini bəyan edərək öpüşü əllə salamlaşmaqla əvəz etməyi təklif edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bələdiyyə başçısının öpüşərək görüşməyin etiket qaydalarından çıxarılmasını irəli sürməsi ölkədə geniş müzakirələrə səbəb olub. Fransanın Qrenobl bölgəsinin bələdiyyə başçısı təklifi barədə həmkarlarına elektron poçt vasitəsilə mesaj göndərərək qəlibləşmiş etiketdən imtina etməyi tövsiyə edib.

"Hər gün birlikdə çalışdığım 73 nəfərlə öpüşüb görüşməkdən narahat oluram, bu, sağlamlıq baxımından da problemlər yaradır", - deyə Pikard Volf deyib.

Minlərlə insan bələdiyyə başçısına dəstək verib.


Müəllif: Teleqraf.com