7 Yanvar 2018 22:22
3 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur daxili xəstəliklər və kardiologiya mütəxəssisi, professor Canan Qaratay bədəndə protein ehtiyacını təmin etmək üçün çoxlu kəllə-paça yeməyi məsləhət görüb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, həkim illərdir xolesterolu artırdığına dair yasaqlanan kəllə-paçanın yeyilməsini təklif edib.

Onun sözlərinə görə, ət ala bilməyənlər sümük alıb onun suyunu içə bilər: “İndi gedib botoks elətdirirlər. Qardaşım, sən kəllə-paça yesən, botoksa ehtiyacın olmaz. Sümük suyu iç. Ət ala bilmirəm, pul tapmıram deyənlər sümük alıb suyunu qaynadıb çoxlu-çoxlu içsin. Hamısının içində bütün minerallar var”.


Müəllif: Kəmalə