13 Yanvar 2018 21:42
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində hüquq-mühafizə orqanları insan alveri, quldurluq və narkotik vasitələrinin qeyri-qanuni ticarəti ilə bağlı əməliyyat keçirib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı 31-i qadın olmaqla 46 nəfər həbs edilib.

Əvvəlcədən müəyyənləşdirilmiş 39 evə zirehli texnika ilə daxil olan polisə havadan 2 PUA və 1 helikopter dəstək verib. Əməliyyat zamanı evlərdən insanlara qarşı fırıldaq yoluyla mənimsənilmiş çoxsaylı qənimət, 150 min türk lirəsi, 50 min lirə dəyərində qızıl-zinət əşyaları aşkarlanaraq götürülüb.

Axtarışlar zamanı evin qonaq otağında vitrin görüntülü rəf polislərin diqqətini çəkib. Rəf açıldıqda içindən 1 qadın çıxıb. Bu hadisə polisləri də təəccübləndirib.


Müəllif: Cəmilə