22 Yanvar 2018 08:49
2 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalında “Nailə Əsgərzadə ilə rəsmilər” verilişinin qonağı olarkən Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşü barədə danışıb.

Teleqraf.com-un məlumtına görə, Peskov Putini ilk dəfə 1999-cu ildə baş nazir olarkən Türkiyənin hökumət başçısı Bülənt Əcəvitlə görüşdə gördüyünü söyləyib.

Onun sözlərinə görə, həmin görüşdə türk tərəfinin tərcüməçisi rolunda iştirak edib:

“Həmin görüşü Putinlə dəyərli görüş adlandırmaq olmaz. Çünki hökumətin rəhbəri danışıqlar aparanda, əlbəttə, tərcüməçilərə diqqət yetirmir”.

Peskov onu da qeyd edib ki, o anda nə vaxtsa Rusiyanın indiki prezidenti ilə yaxından işləyəcəyini düşünməyib.


Müəllif: Kəmalə