26 Yanvar 2018 19:36
2 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Santa Katalina adası ilə Kaliforniya sahilləri arasında 610 metr dərinlikdə naməlum uçan obyektlərin bazası yerləşir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq ufoloqların fikrincə, bu regionda son vaxtlar çox sayda UNO-lar nəzərə çarpır.

Onların su altında gizləndiyi iddia edilir. Bu iddialar həmin ərazidə baza yerləşməsi fikrinin qətiləşməsinə səbəb olub.

Məsələnin araşdırılması zamanı alimlər daha bir faktla rstlaşıblar. Bölgədə çəkilən fotolarda üzərində nömrəsi olmayan və radarlardan rahatlıqla yayına bilən təyyarə əks olunub. İlkin ehtimallara görə, fotodakı təyyarənin uzunluğu 32 metrdir.

Buradan bəzi suallar ortaya çıxır. Bu təyyarə kəşfiyyat üçündür, yoxsa yer altındakı UNO bazasını axtarır? Bəlkə, elmə məlum olmayan başqa həqiqətlər var?

Bu sualları araşdırmaq üçün ufoloqlar yeni faktların tapılmasını vacib sayır.


Müəllif: Samir