26 Yanvar 2018 22:13
4 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə 17 yaşlı tələbə Şarlotte Qay oğlan dostu ilə olan yataq fotosunu səhvən sevgilsinə göndərib.

Teleqraf.com xəbər verir ki, bundan sarsılan qız intihar edib. 20 yaşlı Jak Harst ilə sevgili olan Qay onunla tez-tez küsüb barışırmış. Bu üzdən də gənc qız küsülü vaxtlarında oğlan dostları ilə gizlin əylənib. Sonuncu yataq fotosunu rəfiqəsinə göndərmək əvəzinə səhvən Jak Harsta göndərib. Böyük səhvə yol verdiyini başa düşən qız sevgilisinə "Səni sevirəm. Mənə nifrət etdiyini bilmək mənə kifayətdir. Hələlik, məni bağışla" mesajını yazaraq intihar edib.

Şarlottanın telefonuna zəng edən sevgilisi onun cavab vermədiyini görüb polisə məlumat verib. Tələbə qızın meyiti Mançesterdəki Con Rigbi Kollecinin yaxınlığında tapılıb.

Tibbi ekspertizanın rəyinə görə, gənc spirtli içkinin təsiri altında yüksək dozada narkotik qəbul edərək intihar edib.


Müəllif: Ayxan