27 Yanvar 2018 15:15
2 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Daily Mail” qəzeti Microsoft korporasiyasının təsisçisi və dünyanın ən zəngin insanlarından biri olan Bill Qeytsin qızı haqqında araşdırma aparıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı Cenifer Qeyts Stenford Universitetində biologiya ixtisası üzrə təhsil alır.

Bill və Melinda Qeytslər qızlarını sosial mediadan uzaq tutmağa çalışsalar da, Cenifer bu qadağaya məhəl qoymur.

Son zamanlar at sürməklə məşğul olan Cenifer Qeyts ABŞ-ın Atçılıq Federasiyasında 19-cu sırada yer alır.

İngilis qəzeti yazır ki, çoxsaylı istirahət şəkilləri paylaşan Ceniferin küveytli sevgilisi ilə fotoları da diqqət çəkir. O, Nayer Nassar ilə universitetdə tanış olub.

Cenifer kimi sevgilsidi at sürmək həvəskarıdır.


Müəllif: Cəmilə