27 Yanvar 2018 16:14
1 580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yumorist Ata Dəmirər özündən 14 yaş kiçik sevgilisi ilə barışdığını açıqlayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, o, 3 il əvvəl eşq yaşadığı aktrisa Alara Bozbəylə yenidən bir araya gəlib.

45 yaşlı Ata Dəmirər 2014-ci ildə Özgə Borakdan boşandıqdan sonra heç kəslə ciddi münasibət qurmayıb. Daha sonra Alara Bozbəylə sevgili olub, amma ayrılıblar. Bu il isə yenidən barışıblar.

Ata Dəmirər bu günlərdə səhnəyə çıxıb. Onu izləyənlər arasında sevgilisi də olub.


Müəllif: Cəmilə