29 Yanvar 2018 08:32
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa sakini Vüsal Nəbiyev köhnə velosipedinə qoşqu düzəldib.

İxtisasça rəssam olan 30 yaşlı kişi üçtəkərli nəqliyyat vasitəsi ilə şəhər bazarında yük daşıyaraq pul qazanır. Onun gündəlik gəliri isə 5-20 manat arasında dəyişir.

Onun bu velosipedi “Muravey” motosikletindən sadəcə mühərrikinin olmaması fərqlənir. Velosipedin əyləci də fərqli üsulda yığılıb. Yanacaq sərf etməyən minik vasitəsi yükdaşıma üçün çox əlverişlidir.

Üçtəkərli velosiped 50 kiloqrama qədər yük götürür. Bundan ağır yük olanda o, velosipedi idarə etməkdə çətinlik çəkir. Vüsal deyir ki, gündəlik gəlirini bu nəqliyyatla əldə edir. Sifarişlə yükləri lazım olan ünvanlara çatdırır. Rəssam yük velosipedini gələcəkdə daha da təkmilləşdirəcəyini deyir.

/Minval.info/


Müəllif: Teleqraf.com