1 Fevral 23:38

Türkiyənin Dini qurumlar üzrə naziri Əli Ərbaşın din xadimi Adnan Oktar barədə işlətdiyi "ağlını itirib" ifadəsi sonuncunun tərəfdarlarının etirazına səbəb olub.

Teleqraf.com xəbər verir ki, A.Oktarın yaxın kediciklərindən olan Yasəmən Kiriş nazirin ittihamlarına cavab olaraq məhkəmə tibbi ekspertizadan A.Oktarla bağlı əldə edilən qərarı paylaşıb.

O, A.Oktar hansısa cinayətə görə cəzalandırılmadığını və məhkəmə tibbi ekspertizanın onun durumu ilə bağlı bu günə qədər heç bir rəy vermədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə Dini işlər üzrə nazir Ə.Ərbaş Ankarada jurnalistlərlə görüşündə Adnan Oktarın ağlını itirdiyini bildirib: "İnşallahlar, maşallahlar havada uçur. Dini komanda düzəldib, orada rəqs edirlər. Belə bir şey ola bilərmi? Tamamilə ağlını itirib".


Müəllif:
Загрузка...