7 Fevral 2018 08:45
4 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsindən sonra müzakirə edilən təkcə amansız müharibə, milyonlarla insanın öldürülməsi, qətliamlar və planlar deyil. Həm də müharibə nəticəsində yoxa çıxan, dəyəri milyardlarla ölçülən xəzinələrdir. II Dünya Müharibəsi zamanı itən xəzinələr bu gün də xəzinə ovçularının iştahasını gücləndirir, onların yuxusunu qaçırır. Ancaq müharibədən uzun illər keçməsinə baxmayaraq, bu xəzinələr ortaya çıxarılmır.

Teleqraf.com amansız müharibənin nəticəsində yoxa çıxan xəzinələri oxucularına təqdim edir.

Qızıl qatar

Müharibə zamanı nasist qızıl qatarı ən çox müzakirə edilən xəzinədir. 2015-ci ilin dekabr ayında keçirilən bir toplantıda Riotr Koper və Andreas Rixter nasist qızıl qatarını gündəmə gətirib. Son onilliklər zamanı bir çox xəzinə ovçuları bu qızıl qatarı axtarıb. Riotr Koper və Andreas Rixter böyük bir tunel tapa biliblər. Nasistlərin qızıl qatarı bu tuneldə gizlətdiyi iddiaları olub. Qazıntılar aparılsa da, nasistlərin qızıl qatarı tapılmadı.

Qızıl otaq

Qızıl otaq bir başqa əfsanə hesab olunur. Nasistlərin qızıl qatarı ilə bağlı məsələ gündəmə gələrkən qızıl otağın da bu qatarda olduğu ifadə edilib. Nasistlər ruslardan qaçarkən bu otağı qatarda yerləşdiriblər. İddialara görə, əslində Peterburq yaxınlığındakı Yekaterina Sarayı qızıl otağın əsl yeri olub. Otaq altun və cəvahirlərlə bəzənmişdi. 1941-ci ildə işğal zamanı bu otaq nasistlər tərəfindən dağıdılaraq yox edilib. Otağın çox qiymətli və qızıldan olan panellərindən bu günə qədər xəbər yoxdur. Qızıl qatarla bağlı qazıntılar zamanı nəticə əldə edilmədikdən sonra qızıl otağın Polşa ərazisində olduğu iddiası ortaya sürülüb.

Yamaşita xəzinəsi

Yamaşitə xəzinəsi adıyla tanınan bu xəzinə II Dünya müharibəsi dövründə Yapon ordusunun əldə etdiyi müharibə qənimətlərindən ibarət olub. Bu xəzinənin Flippin və Cənub şəqi Asiyada mağaralara daşındığı iddia edilir. On illər ərzində xəzinənin axtarılmasına baxmayaraq, heç nə tapılmayıb. 1988-ci ildə bu xəzinənin Havayda olduğu iddiası ortaya çıxıb. Hətta Flippin lideri Markosun xəzinəni tapdığı qeyd edilir. Lakin bu iddia özünü doğrultmayıb. Hazırda xəzinəni tapmaq istəyən ovçulara Flippin hökuməti razılıq sənədi verir.

Ava Maru xəzinəsi

5 milyard dollar dəyərində olduğu iddia edilən qızıl, platin və almazdan ibarət olan xəzinədir. Yapon Ava Maru gəmisinin torpedo ilə vurulub batırılmasından sonra yoxa çıxıb. Gəmidə 150 min karat almaz olduğu qeyd edilir. Çin bir dövr elan etdi ki, Ava Maru xəzinəsini tapıb. Hətta limana gətirilən qızıl külçələri də bu məqsədlə nümayiş etdirdi. Lakin bundan başqa bir almaz nümayiş etdirilmədi. Xəzinə ovçuları isə Çinin iddiasını ciddi qəbul etməyərək ovlarını davam etdirir.


Müəllif: Cavad