8 Fevral 2018 01:21
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı model Kayli Cennerin paylaşımı "Instagram" sosial şəbəkəsinin tarixində ən populyar paylaşım olub.

Teleqraf.com xəbər verir ki, çərşənbə günü model fevralın 1-i dünyaya gələn qızının şəkilini paylaşıb. Bir sutkadan az bir müddət ərzində şəkil 14 milyon "layk" toplayıb. Ümumilikdə Cennerin 103 milyon izləyicisi var.

Beləliklə, model populyarlığa görə, "Real Madrid"in hücumçusu Kriştianu Ronaldo (ikinci yer - 11,3 milyon "layk") və müğənni Beyonsu (üçüncü yer - 11,2 milyon) üstələyib.


Müəllif: Teleqraf.com