9 Fevral 08:28

"Phoneblocks" şirkətinin həvəskarları smartfonlar üçün zibildən çexol düzəltməyə imkan verən xüsusi presləyici maşın yaradıblar. Xammal qismində plastik butulka, qəhvə üçün karton stəkan və kağızdan istifadə olunur.

Teleqraf.com "ICTnyus"-a istinadən xəbər verir ki, əvvəlcə həvəskarlar çexolun hazırlanması üçün formaya malik presləyici maşın yaradıblar. Nümunə üçün onlar "iPhone 6s", "iPhone 7" və ya "iPhone 8" modellərini - bazarın ən populyar smartfonlarının formasını götürüblər. Qurğu çexolunun əldə edilməsi üçün presləyici maşına təzyiq altında smartfon aksessuarına preslənəcək zibili yükləmək lazımdır.

Məlumata görə, presləyici maşının maya dəyəri 450 avro təşkil edir. Çexollar üçün xammal zibilxanadan götürülür. Həvəskarların sözlərinə görə, bu üsul üçölçülü çap vasitəsilə bamper və çexolların hazırlanmasından daha ucuzdur, eləcə də presləyici maşın zibili utilizasiya edir.


Müəllif: Teleqraf.com
Загрузка...