11 Fevral 23:47
311

NASA-nın kosmosa göndərdiyi Nyu Horizons qurğusu 6.06 milyard kilometr məsafədəki Koyper qurşağının fotosunu çəkib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nyu Horizons günəş sistemindən xarici planetlərə çıxışı olan 5-ci kosmik vasitə olsa da, NASA-nın paylaşdığı görüntü Koyper qurşağındakı obyektlərin “ən görünən obrazı” kimi qiymətləndirilir.

NASA Nyu Horizons qurğusunun Koyper qurşağındakı aktiv fəaliyyətinə davam edəcəyi və oradakı obyektlərin forma və səthləri haqqında daha ətraflı məlumat toplayacağına ümid etdiyini açıqlayıb.

Nyu Horizons qurğusu indiyədək ən uzaqdan fotoşəkli çəkən qurğu kimi tarixə düşüb.


Müəllif: Kəmalə