17 Mart 09:18

Hərbi pilotun hekayəsi gizli “51-ci Zona”nın sirlərini açıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təxminən 90 yaşı olan keçmiş hərbi pilot Robert Miller “Apeks” telekanalına “51-ci Zona”da gizli yəhudi texnologiyası tərəfindən yaradılmış "uçan boşqab"da necə təcrübə keçməsindən danışıb.

O, yadplanetlilərin texnologiyası əsasında yaradılmış “uçan boşqab”ı belə təsvir edib.

“Aparat – diametri 15 metr olan disk formalı, şəffaf günbəzli qurğudur, onun altında tək bir stul və sınaq keçmək üçün gizli dəbilqə var. Bu “uçan boşqab” təkərsiz və sükansızdır.

Bu aparatlar dəbilqə vasitəsilə və düşüncə ilə idarə olunur . Ona görə də sükana ehtiyac olmur”.

Robert dəbilqəni taxaraq mühərrikləri işə salıb və təcrübə keçilən ərazidə uçmağa başlayıb. Görüntülər video-lentə alınıb.

Robertin yoldaşlarının danışdığına görə, ona 300 metr hündürlüyə uçmaq tapşırılsa da, 150 metr qalxdıqdan sonra “uçan boşqab” birdən dayanıb və yerə düşməyə başlayıb. Yerin səthinə bir neçə metr qalanda Robert huşunu itirib və gözlərini yataqxanada açıb.

Həmkarlarının danışdıqlarından anlaşıldığı kimi, cihazı sınaqdan keçirərkən o, birdən düşməyə başlayıb və ancaq yerə çatmasına bir neçə metr qalmış yox olub.

Orada olan digər iştirakçılar bir az gözlədikdən sonra dağılışıblar.

Yarım gün sonra Robert gecə düşən boşqabın içində ayaqları sınmış, özündən getmiş halda tapılıb.

Belə aydın olub ki, Miller bir qədər gələcəyə uçub.

Miller müalicə olunduqdan sonra təqaüdə göndərilib. O da öz atası kimi illərlə susub. Ona heç kimə heç nə danışmaması barədə xəbərdarlıq edilib. Əks halda özünü və ya ailəsini təhlükə gözləyirmiş.

İndi açıqlama verən keçmiş pilot yaşlandığı üçün artıq heç nədən qorxmadığını bildirib:

“Bu yalanla yaşamaq məni bezdirib. Qoy hamı gizli ” “51-ci Zona”da nələrin baş verdiyini bilsin”.

Qeyd edək ki, Nevada çölündə yerləşən gizli baza uzun müddətdir ufoloq və konspiroloqların diqqətini cəlb edib.

Onların fikrincə, bu bazaya 1947-ci ildə Rosvell şəhəri yaxınlığında qəzaya uğrayan UNO parçaları və yadplanetlilərin qalıqları gətirilib. Robert Millerin atasının gizli “51-ci Zona”da işləməsi, sonra isə özünün də təcrübəli pilot olaraq müdafiə üçün o bazada olması bu fikirlərini çox inandırıcı edir.

O vaxtdan uzun illər keçib və ”qara adamlar”ın gizli zonada nə ilə məşğul olmasını təsəvvür eləmək çətindir.

Bütün bunlar haqqında daha ətraflı məlumatı bu videodan izləyə bilərsiniz.


Müəllif: Günay Əli
Загрузка...