18 Mart 2018 10:00
2 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Rio de Prata bölgəsində intensiv yağışlar nəticəsində kiçik çaylar daşıb, nəticədə təbii gözəlliyi ilə məşhur olan ərazi su altında qalıb.

Teleqraf.com xəbər verir ki, indi həmin ərazidə tropik ağaclar arasında balıqlar üzür, suyun altında yollar və körpülər görünür.

Meşənin su altında qalması isə möhtəşəm görüntü yaradıb.

Ekspertlər suyun çəkilməsi ilə bu bölgənin yenidən əvvəlki vəziyyətinə qayıdacağına təəssüflənirlər. Lakin intensiv yağışların yenə yağacağı ehtimal olunur. Ona görə də qeyri-adi mənzərənin təkrarlanacağına ümid var.
Yağışın yaratdığı möcüzəni dalğıclardan birinin lentə aldığı videodan izləyə bilərsiz.


Müəllif: Günay Əli