18 Mart 2018 21:18
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın məşhur “Kastel-del-Ovo” qəsri yaxınlığında eramızdan əvvələ aid edilən limanın qalıqları aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, yunanların Palepolis adlandırdıqları və 25 əsr bundan əvvələ təsadüf edilən Neapol limanını arxeoloq Mario Neqrin qəsrin sağ küncünün altı metr dərinliyində tapıb. Ərazidə həmçinin su altında qalmış dörd tunel, təkər izləri və səngər tapıblar.

“Bu tapıntı burada bir zamanlar mövcud olmuş şəhərin planını daha yaxşı vəziyyətə gətirməyə imkan verəcək”, – deyə Mario Neqri qeyd edib.


Müəllif: Teleqraf.com