24 Mart 2018 20:59
5 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırda dəmir pullara verdiyimiz "qəpik" adı Çağatay hökmdarı Kəbəkin adından gəlir.

Teleqraf.com xəbər verir ki, Monqol Cağatay ulusu tarixinin ən diqqət çəkən hökmdarı olan Kəbək (1319-1326) qısa müddətli hakimiyyətində bir çox əlamətdar hadisəyə imza atıb.

Kəbək xana qədər Çağatay ulusu başında duran xanlar müstəqil olmamışdılar. Bütün Çağatay xanları Böyük xaqanın mətbuu hesab edilirdi. İlk dəfə Kəbək öz adına pul zərb etdirərək müstəqil olduğunu ortaya qoyub. Zərb edilən bu pullar Kəbək xanın adı ilə “kəbəki” adlandırılıb.

Dilimizdəki “qəpik”, rus dilindəki “kopek” mənasında “xırda pulu” ifadə edən kəlmə buradan gəlib, Kəbək xanın adı ilə əlaqədardır. Gümüş və mis sikkələr olan kəbəkilər Kəbək xandan sonra kəsilən sikkələr üçün də işlədilmiş, Əmir Teymurun fətihləri ilə birlikdə bu ad geniş coğrafiyaya yayılmışdı.


Müəllif: Əkbər Nəcəf