27 Mart 2018 21:57
5 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Streetcap1 Yutub kanalının yaradıcısı, tanınmış ufoloq-konspiroloq Corc Qrehem Ayda təkərə bənzəyən obyekt aşkarlanması barədə videonu öz hesabında yerləşdirib.

Teleqraf.com xəbər verir ki, videonu şərh edən ufoloq bu kəşfin beş il əvvələ təsadüf etdiyini bildirib.

O, qeyd edib ki, NASA-nın "Apollon-17" peykinin çəkdiyi fotoşəkillərdə Ayın səthində qara dairənin olduğu görünür.

Qeyd edək ki, sirli obyektin kölgəsi yarğan və kraterlərin kölgəsi ilə eyni istiqamətə düşür.

“Bu təkər görüntülü obyektlərin hardan və necə peyda olmasını araşdırdıqda qənaətbəxş cavab almamışam. Bildiyim qədərilə, heç kim bunun nə olduğunu açıqlaya bilməyib”, - ufoloq qeyd edib.

O bildirib ki, video səssiz olsa da, təxminən 30 min baxış toplayıb.


Müəllif: Günay Əli