6 Aprel 2018 09:00
5 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Conspiracy Depot”un ufoloqları martın 31-də Beynəlxalq Kosmik Stansiyanın veb-kamerasından canlı yayım izləyərkən yeddi uçan obyekt görüblər.

Teleqraf.com-un məlumatına görə, mütəxəssislər bunların “yaşıl adamlar”ın uçan obyektləri olduğunu iddia etmir. Lakin onlar İSS kamerasının obyektivinə düşənlərin real varlılar olduğunu inkar edə bilmir.

Görüntülərin müəllifləri bildirib ki, son zamanlar UNO-ların obyektivə düşmə halı çoxalıb.

“Planetimiz elə zəngin bir laboratoriyadır ki, hətta qədim dövrlərdə də yadplanetlilər burada müşahidə aparıb. Onlar bizə düşmən deyil, amma kömək etmək istədiklərinə də inanmırıq. Yadplanetlilər sahib olduqları texnologiyalarla Yer kürəsini məhv edə bilərlər, amma onlar bunu etmir. Və bu, əlbəttə ki, yaxşıdır. Onlar bizi təqib edir, fərdi insanlar və ya hökumətlər ilə müəyyən əlaqələr qururlar. Bir gün mütləq bütün insanlarla tam miqyaslı əlaqələr quracaqlarına əminik”.

Bəzi ufoloqların fikrincə, UNO-ların belə aktivliyi onların tez zamanda bütün insanlarla yaxın əlaqələr quracağını göstərir.

Bu nəzəriyyənin tərəfdarları bildirir ki, yadplanetlilər Yerin nüvə silahı ilə məhv edilməsinin qarşısını almaq üçün müdaxilə etmək məcburiyyətində qalacaqlar.

Və bu, çoxlarının gözlədiyi yaxınlaşma addımı ola bilər...


Müəllif: Günay Əli