6 Aprel 2018 20:59
4 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya ölkəsində çimərlikdə qeyri-adi canlı tapılıb.

Teleqraf.com xəbər verir ki, Tailandda səfərdə olan ingilis səyyahı Lui Burqoyn sahildə tapılan qeyri-adi canlının şəklini çəkərək, sosial şəbəkədə paylaşıb.

Bu paylaşıma balina və ya hər hansı su heyvanının yumurtası olduğunu yazan şərhçilərə cavab olaraq, Burqoyn bildirib ki, o tərpənir və müxtəlif səslər çıxarır.

O bildirib ki, bu heyvanı dənizin içinə aparmaq istəyəndə, o, anlaşılmaz səslər çıxarıb, fit çalıb, qışqırmağa başlayıb. Qorxan səyyah onu tez yerə atıb və ondan uzaqlaşmağa çalışıb.

Beynəlxalq şərhçilər onun yadplanetli olduğunu iddia edir. Digərləri isə bunun elmə məlum olmayan çox nadir su mənşəli heyvan olduğunu düşünür.

Xatırladaq ki, dəniz dərinliklərinin ancaq 5%-i elmə məlumdur.


Müəllif: Günay Əli