8 Aprel 2018 21:14
2 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da alimlər yaraların sağalmasını sürətləndirən sarğı hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, sarğının hazırlanmasında dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub.

Texas Aqrar-Texniki Universitetinin alimlərinin hazırladığı inyeksiya sarğısı daha çox hərbi məqsədlər üçün nəzərdə tutulub.

Gil hissəcikləri və xüsusi maddədən hazırlanan sarğı gel bakteriyaların yaraya girişinin qarşısını alır. Sarğıdakı digər maddələr isə zülalla zəngin olduğu üçün yaranı tez bitişdirir.


Müəllif: Teleqraf.com