9 Aprel 09:24

Türkiyənin Dənizli Böyükşəhər bələdiyyəsinin sədri Osman Zolanın qızının nikah şahidi olan prezident Rəcəb Tayyib Ərdoğanın “Hə” cavabı verməməsi toy iştirakçılarının təəccübünə səbəb olub.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Osman Zolan qızı və kürəkəninin evliliklə bağlı razılığından sonra şahid kimi sözü Ərdoğana verib.

Bələdiyyə sədrinin “Cənab prezident, tərəflərin fikirlərini eşitdiniz, buyurun” sözünə cavab olaraq Türkiyə prezidenti “Mən “hə” yox, başqa bir cavab verəcəyəm. Bu nikahı qəbul edirəm. Mən şahidlik etdim, Allah gənclərə səadət versin”, - deyə bildirib.


Müəllif: Teleqraf.com
Загрузка...