9 Aprel 2018 18:46
3 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmosda 5 ay qalan kanadalı kosmonavt Kris Hadfieldə 1.4 milyon dollar telefon pulu borcu gəlib.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Aerokosmik Agentlikdə çalışan Kris Hadfield 5 ay müddətində telefonla yüzlərlə foto çəkərək sosial şəbəkədəki hesablarından paylaşıb.

Bu üzdən ona 1.4 milyon dollar telefon pulu borcu gəlib.

"The Beavorton" saytının məlumatına görə, Hadfield sosial şəbəkələrdə çoxlu sayda fotolar paylaşdığını etiraf etsə də, borcun milyon dollar civarında olmasını gülməli adlandırıb.

Bu xəbər son bir neçə gündə xarici KİV-də xeyli yayımlanıb. Məsələ burasındadr ki, Kris Hadfield həqiqətən də Aerokosmik Agentlikdə çalışdığı müddətdə çoxlu sayda foto və videolar paylaşıb. Qısa müddət ərzində o öz sahəsi üzrə sosial şəbəkənin fenomeninə çevrilib.

Amma telefon pulu borcu ilə bağlı yazılanlar saytın Hadfieldin fəaliyyətinə ironik yanaşmasından irəli gəlib.


Müəllif: Ayxan