15 Aprel 21:28

Bəzən istehsalçılar elə qeyri-adi məhsullar istehsal edirlər ki, onları görmədən inanmaq olmur. Bunlara misal olaraq sarımsaqlı dondurma, sarımsaq pivəsinin adını çəkə bilərik.

Teleqraf.com dünya ölkələrində bəzi qeyri-standart, dadına öyrəşmədiyimiz, hətta düşünərkən bizə qəribə təəssürat yaradan, təəccüb doğuran bir neçə məhsul ilə tanış edir:

Sarımsaqlı dondurma

Bu məhsul Britaniyada istehsal edilir. Sarımsağı çox sevənlər bu firmanın sarımsaqla ancaq dondurma deyil, sarımsaq pivəsi kimi bir çox müxtəlif məhsullarının dadadına baxa bilər.

Armadillo südü

Bu içkini içənlər bir daha onun dadına baxmaq istəmir. Bəziləri onun dadını “Sanki bir körpənin yaş bezini uddum” deyir.

Blini içkisi

Yaponiyada uşaqlıqdan hər kəsə bəlli olan bu xəmirdən qeyri-adi formada istifadə edilir.

Tər qoxusunu gül qoxusuna çevirən saqqız

Yaponiyada bu saqqız dadına görə deyil, ağız qoxusu ilə yanaşı, tər qoxusunu da yox etməsinə görə qiymətləndirilir. Bu məhsulun istehsaçısı Tokio firması Otoko Kaorudur.

Konservləşdirilmiş yumurta

Bankalarda konservləşdirilmiş yumurta Çin və İngiltərənin milli mətbəxinin tərkib hissəsidir. Əvvəllər bu üsuldan uzun müddət saxlamaq üçün istifadə edilirdisə də, indi pivə ilə qəlyanaltı kimi istifadə olunur.

Donuz sodası

Belə suyu ABŞ-da ala bilərsiz. Donuz piyi qatılan suyun dadına baxan insanlar adi sodadan fərqli olmadığını deyir.

Balıq sosisi

Yaponiyada müxtəlif dəniz məhsulları və onların müxtəlif törəmələri olduqca məşhurdur. Bunlar arasında balıq kolbasalarını da tapa bilərsiniz. Yaponlar bu sosislərin dadında xüsusi bir fərq olmadığını deyir.

Tərəvəzli dondurma

Belə dondurmanı da siz Yaponiyada tapa bilərsiz.

“Kit-kat”lı pizza

Yaponiyanın daha bir qeyri-adi yeməyi. Sobada bişirilir, isti olur, lakin yayılmır.

Ət suyu

Bu suyu Texas istehsalçısı - BBQ təklif edir.

Texaslılar ət suyundan səhər yeməyində və ya naharda sitifadə edirlər.

Sarmısaqlı qazlı su

İsveçrənin bazarlarında və mağazalarında qeyri-adi sarımsaq dadan soda tapa bilərsiz.


Müəllif: Günay Əli
Загрузка...