17 Aprel 2018 20:27
6 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşı Doğukan Özkan Yerin oval formasında olduğunu sübut edən şəxsə 50 minm lira (təxminən 25 min AZN) pul vəd edib.

Teleqraf.com xəbər verir ki, Doğukan Özkana görə, Yer bizə təqdim edildiyi yumru, oval, ellips formasında deyil: "Yerin gerçək rəsmi yoxdur. Bizə təqdim olunan fotolar komyüterdə hazırlanıb. Kim mənə Yerin oval formada olduğunu sübut etsə, ona 25 min manat pul verəcəm".

Qeyd edək ki, Azərbaycanda da bəzi din xadimləri Yerin kürə formada olmadığını və fırlanmadığını dəfələrlə bəyan edib.

İlk dəfə Yerin kürə şəklində olmasını elmi cəhətdən e.ə. IV-III əsrlərdə yaşamış Aristotel sübut edib. O, bunu Ayın tutulması zaman kölgənin dairəvi olması ilə izah edib.


Müəllif: Ayxan