20 Aprel 2018 23:13
2 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox tədqiqatçılar iddia edir ki, qədim Misirin kahinləri misdən süni qızıl əldə etməyin sirrini bilirdilər.

Teleqraf.com xəbər verir ki, amma qızılın çox olması ölkələrin və ya imperiyaların iqtisadiyyatına təsir edə bilərdi, buna görə də bu məlumatlar məhv edilib. Belə ki, Roma İmperatoru Diokletian 296-cı ildə qızılın süni şəkildə alınmasına aid olan bütün Misir əlyazmalarının yandırılması ilə bağlı fərman verib.

Elə bu məqsədlə də İsgəndəriyyə və Kartacalı kitabxanaları məhv edilib.

Maraqlıdır ki, bu gizli məlumatlar çox qədim dövrə aiddir.

Qeyd edək ki, sivil Misirin tarixi bizim eradan əvvəl 5-ci minilliyə təsadüf edir. Lakin bir çox mənbələr göstərir ki, o dövrdən də əvvəl Misir artıq inkişaf etmiş bir sivilizasiyaya malik idi.

Məşhur filosof və alim Diogen iddia edirdi ki, misirlilər b.e.ə. 356-cı il təvəllüdlü İsgəndər dünyaya gəlməzdən təxminən 49 000 il əvvəl astronomik müşahidələr aparıblar.

6-ci əsrdə yaşayan yunan filosofu Simplicius isə yazırdı ki, Misirlilər kosmosu 630 000 il ərzində öyrəniblər.

Təəccüblüdür ki, son zamanlar Misir piramidalarının həqiqətən də ən azı 20 min illik tarixi olduğu ortaya çıxdı.


Müəllif: Günay Əli