22 Aprel 2018 22:13
2 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə yaşayan Buller ailəsinin həyatı yeni aldıqları villada birdən-birə kabusa çevrilib.

Teleqraf.com xəbər verir ki, 41 yaşlı Mark Buller həyat yoldaşı Rhian və üç övladı ilə birgə 2 il əvvəl aldıqları evdən gələn kəskin pis iyin səbəbini bir müddət öncə aşkarlayıblar.

Məlum olub ki, lüks villanın bağçasında 11 kanalizasiya nasos stansiyası var. Cütlük günəşli havada bağdan gələn iyin daha da kəskinləşdiyini bildiblər. Evi Buller aləsinə satan şirkət isə nasos stansiyasından bixəbər olduqlarını iddia edib. Ailə satış şirkətinə etiraz olaraq villadan “”Linden Homes”dan ev almayın” pankartı asıb.

Buller ailəsi şirkətə qarşı hüquqi müstəvidə də mübarizə aparacağını deyib.


Müəllif: Kəmalə