1 May 2018 19:42
50 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Xian şəhərinin səmasında uçan təyyarənin sərnişini kamerasına düşən naməlum görüntünü paylaşıb.

Teleqraf.com xəbər verir ki, sərnişin pəncərədən baxarkən aşağıda qeyri-adi obyekt görüb.

Parıltılı obyekt təyyarə ilə paralel uçaraq fırlanıb. Çoxsaylı xaotik hərəkətlər edən işıqlardan ibarət UNO 20 dəqiqə gözə dəyib, sonra buludlar arasında yoxa çıxıb.

Sərnişin yadplanetlilərə inanan şəxs olduğuna görə bu görüntü onun böyük marağına səbəb olub.

Amma skeptiklər bunun “kənar plazma toplusu” və ya “uçan boşqab” olduğuna əmin deyillər. Onlar təyyarənin su üzərindən uçduğuna görə əks olunan şüaların parıltılı UNO obyektinə bənzər görüntü yaratdığını ehtimal edirlər.

Ekspertlərsə əks olunan günəş şüalarının 20 dəqiqə görünməsi fərziyyəsini inkar edirlər. Beləliklə, görüntünün sirrini hələ ən təcrübəli ufoloqlar da tapa bilməyiblər.

Qeyd edək ki, bu qeyri-adi hadisə bu il aprelin 12-də baş verib, lakin müəllif bu görüntüləri təzəlikcə bölüşmək qərarına gəlib.


Müəllif: Günay Əli