2 May 2018 10:12
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Kosmik Agentliyi (EKA) Çuryumov- Gerasimenko kometinin “Rozetta”aparatı ilə çəkilən yeni görüntülərini paylaşıb.

Teleqraf.com xəbər verir ki, Landru-79 ləqəbli Tvitter istifadəçisi 2016-cı il iyunun 1-də “Rozetta” tərəfindən çəkilən görüntüləri birləşdirərək, 67P-nin səthini nümayiş olunan bir GİF yaradıb.

67P səthində "qar yağışı"na bənzər görüntü, əslində, kosmik şüalar - xarici kosmosda hərəkət edən elementar hissəciklərdir və ehtimal edilir ki, bunlar kometanın toz və buz hissəcikləridir.

Bundan əlavə, arxa fonda ulduzlar görünür.

Qeyd edək ki, “Rozetta” aparatı 2004-cü ildə EKA tərəfindən buraxılıb. 2014-cü ildə 67P/Çuryumov-Gerasimenko kometinə çatıb və iki il araşdırmadan sonra 2016-cı ildə öz işini tamamlayıb. EKA, hələ də alınan məlumatları təhlil etməyə davam edir.


Müəllif: Günay Əli