2 May 2018 08:42
3 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı mikroskop mütəxəssisi Jozef Bareybin rəhbərlik etdiyi tədqiqat qrupu İudanın qədim İncil əlyazmasının yazıldığı mürəkkəbin həqiqiliyini təsdiqləməyə müvəffəq olub.

Teleqraf.com xəbər verir ki, bu mətnə əsasən İuda xain olmayıb. O, İsanın tələbi ilə hərəkət edib. Bu da, 30 ədəd gümüş üçün ustaya xəyanət etdiyi iddia edilən İudaya baxış tərzini dəyişir.

Əlyazmalar yanmır

III əsrin əvvəllərində xristian apoloqlar tərəfindən qeyd olunan İuda İncili uzun müddət itmiş hesab edilib. Lakin 1970-ci ildə Nil sahilində, Naq Hammadi şəhərinin yaxınlığında yerləşən bir mağarada qədim Misir, daha doğrusu, Kopt dilində erkən xristian mətnləri ilə yazılan əlyazma aşkar edilib.

Şübhəsiz ki, Koptlarda "Allah" sözü olan mətnləri məhv etmək qadağan olunduğuna görə, bu əlyazmalar qorunur. Həm də, xəzinənin tapıldığı Orta Misirin iqlimi papirus kağızların qorunması üçün kifayət qədər nəmdir.

Bu tapıntı bir çox əl dəyişdirib. Qəribəsi odur ki, heç kim onun üstündə yazılanlarla maraqlanmayıb. Ancaq sahiblərdən biri buna cəhd edərək, əlyazmanı hissə-hissə satmaq üçün onu ABŞ-a aparan alimə verib.

Ancaq 21-ci əsrin əvvəllərində papirusun belə hissələrə bölünməsinə üzülən yeni sahibi Frida Nussberqer-Çakos bərpa edilməsi üçün onu Cenevrə Universitetinə verir. O, həmçinin atasının şərəfinə buna "Çakos Kodu" adını verib.

ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti bu işləri maliyyələşdirib. Sənədin bərpası 5 il çəkib, çünki onun 62 səhifəsi mindən çox hissəyə bölünmüş olub.

Məlum olduğu kimi, əlyazma üç sənəddən ibarətdir. Onlardan ikisi məlumdur: apostol Petranın apostol Filipə və Yakova göndərdiyi, üçüncüsü isə İuda İncilidir.

Elm adamları manuskriptin I əsrdə İsa Məsihin ölümündən sonra qədim yunan dilində yazılmış orijinal əlyazmadan köçürüldüyünü istisna etmir.

Şeytanın vəkilləri

Əlyazmanın bərpası başa çatdıqdan və tədqiqatlar aparıldıqdan sonra, MsKrone Assosasiyasının aparıcı mikroskopik tədqiqatçısı Jozef Bareyb əlyazmanın mürəkkəbi ilə həmən dövrə aid olan sənədlərin mürəkkəbini müqayisə edərək orijinallığı təsdiq və ya inkar etməyi təklif edib.

Beləliklə, 2010-cu ildə Amerika Kimya Cəmiyyəti yeni bir araşdırma başladıb, bununla da son nəticə əldə edilib.
Daha əvvəl radiokarbon analizi ilə yoxlanılan əlyazmanın II-III əsrlərə aid olduğu təsdiqlənib.

Alimlər mürəkkəblərin müqayisəsində də kimyəvi tərkiblərin tamamilə eyni olduğu qənaətinə gəliblər.
Bununla da İncilin saxta olmadığı üzə çıxıb.

Cozef Bareyb özü bir müsahibəsində bu araşdırmanın onun üçün önəmindən danışıb:

"Bu, mənim həyatımda ən həyəcanlı iş idi! Gecələr yuxuya gedə bilmirdim. Səhər saat 5-də həmkarlarla danışır, maraqlandıran suallara cavab tapmağa çalışırdıq. Mürəkkəblərin müqayisəsindən sonra nəticəni əldə etdikdə, sanki üstümüzdən daş götürüldü, hədsiz yüngüllük hiss etdik. Halbuki əlyazmanın saxta olmasından şübhə etmirdik”.

Haqsız yerə ittiham

Tapılan artefakt, demək olar ki, unudulmuş olan İuda İncilinə və hətta İudanın şəxsiyyətinə yeni bir yanaşma dalğası gətirib.

İncildə İsa Məsihin möcüzəvi dirilməsinə dair məlumatlar olmalıdır. Ancaq əlyazma "İsa Yəhudi Pasxasına üç gün qalan ərəfədə İuda ilə söhbətində açdığı sirr” ilə başlayıb, ”İsa yəhudi kahinlərinin əlindədir“ fikri ilə başa çatır.

İudanın adı uzun müddət xəyanət və ikiüzlülükdə hallanıb.

İsa İuda ilə təklikdə çoxlu söhbət edir, onu digər şagirdlərdən daha üstün tuturdu. Bəlkə, “Allah Oğlu”nun sevimli şagirdinin adını doğrultmaq vaxtıdır? Dörd İncildə də İudanın hərəkətinə çox az diqqət yetirilir. Çox təəccüblü bir görüntü var: Pul barədə razılığa gəlirlər və İuda İsanın kahinlərinə işarə edir. Həmçinin onu öpür və bununla da gizli bir işarə verir.

Lakin əlyazmanı tam oxuduqdan sonra İudanın hərəkəti tamamilə fərqli bir işıqda görünür: Pasxa günündən üç gün əvvəl İsa özünə xəyanət ediləcəyini deyib.

Göstərilir ki, İuda İsa Peyğəmbəri tamahkarlıq və qərəz məqsədi ilə deyil, özünü bəşəriyyətin günahlarının bağışlanması üçün Ustadına kömək göstərmək məqsədi ilə fəda edir.

Bəlkə də buna görə İuda ancaq özünün maraqlarını düşünən biri kimi göstərilib. Həqiqətən necə olduğunu bu gün demək çətindir. Yenə də, "İudanın öpüş" nominalı tamamilə fərqli bir tərəfdən görünür. Bəlkə də, İuda heç bir işarə vermədi, sadəcə, müəllimi ilə sağollaşırdı. Axı İuda təsadüfən asmadı özünü. Bunu nəyə görə etməsi sirr olaraq qalır. Və ya İsanın istəyi ilə də olsa, necə çətinliklər gözlədiyini bilən İuda dəhşətə gəldi.

Bəlkə də müəlliminin sözlərini düzgün başa düşdüyünə şübhə etməyə başlamışdı. O, həmçinin, dirilmə möcüzəsinə də inanmamışdı. Elə buna görə də o, İsanın dirilməsini görəcək qədər yaşamadı...

İnanaq, ya yox?

Əlyazmanın həqiqiliyi elmdə müxtəlif üsullarla sınaqdan keçirilsə və təsdiqlənsə də, şübhəedici hissələr qalır. Məsələn, orijinal əlyazma yunan dilində yazılıb, əsərin isə ancaq koptik dilində tərcüməsi var. Onun nə dərəcədə dəqiq olduğunu müəyyən etmək çətindir. Bununla belə, müasir alimlər Qumran əlyazmalarından sonra ən vacib tapıntı kimi İuda incilini sayır.

Əlyazmanın məzmununun həqiqiliyi haqqında gedən müzakirələrinsə elm ilə heç bir əlaqəsi yoxdur.


Müəllif: Günay Əli