1 May 2018 22:29
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Rəcəb Tayyib Ərdoğan adlı 20 yaşlı gənc hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Rizədə Rəcəb Tayyib Ərdoğan adına Universitetin siyasi elmlər və menecment fakültəsində təhsil alan gənc Samsun şəhərindən deputat seçilmək istəyir.

Adını atasının qoyduğunu deyən Ərdoğan ona inanmayanlara pasportunu göstərib.

1998-ci ildə anadan olan Ərdoğan bildirib ki, o, anadan olarkən indiki prezident R.T.Ərdoğan həbsdə olub: "Atamın Ərdoğana simpatiyası vardı. O, həbs ediləndə mən anadan olmuşam. Atam "biri gedəndə biri gələr" deyərək adımı Ərdoğan qoyub. Ən gənc namizəd olaraq hər kəsdən dəstək gördüm. Seçilərəmsə gəncliyin parlamentəki səsi olacam".


Müəllif: Teleqraf.com