3 May 2018 23:27
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun “Nyu Şepard” raketi yeni rekord vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə “MarketWatch” məlumat yayıb.

Xəbərə görə, “Blue Origin” kompaniyasının raketi 351 min fut (təxminən 107 km) hündürlüyə qədər yüksələ bilib.
Bu “Nyu Şepard” raketinin artıq 8-ci test uçuşudur. Raket havalandıqdan sonra ondan ayrılan “Skayuoker” kapsulu dəfələrlə istifadə üçün nəzərdə tutulub. Sözügedən kapsul 6 nəfərlikdir.

“Blue Origin” 2018-ci ilin sonunda ilk idarə edilən uçuşunu həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Ceff Bezos “Blomberg”in versiyasına əsasən, ABŞ-ın ən zəngin şəxsidir. Onun sərvəti 131 milyard dollar qiymətində dəyərləndirilir.


Müəllif: Ruslan