4 May 2018 18:13
3 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zenlandiyada fermer otlağa heyvan aparan zaman maraqlı mənzərə ilə qarşılaşıb.

Teleqraf.com “Spiegel”ə istinadən xəbər verir ki, fermer uzunluğu 200, dərinliyi 20, eni isə 20-30 metr arasında dəyişən yarğan aşkar edib.

Yarğana 6 mərtəbəli bina yerləşər.

Məlumata əsasən, Rotorua bölgəsində yarğanlar tez-tez əmələ gəlir. Hadisə baş verən gündən öncə güclü yağış yağdığı bildirilir.

Geoloqların sözlərinə əsasən, bu ölçüdə yarğanın əmələ gəlməsi gözlənilməzdir. Bu, əvvəl əmələ gələnlərlə müqayisədə 3 dəfə daha böyükdür.


Müəllif: Ruslan